|
|
 |

|

Oktyabr, 2006
31 Oktyabr Gəncədə beynəlxalq hava limanı açıldı

| |
"AZAL" Dövlət Konserninin Baş Direktoru Cahangir əsgərov Gəncədə beynəlxalq hava limanının açılışı zamanı bildirdi ki, Gəncə hava limanı yenidən qurulduqdan sonra Baki və Naxçıvan hava limanlarından sonra respublikada üçüncü beynəlxalq hava limanıdır.
O həmçinin qeyd etdi ki, layihə əsasında ən ağır təyyarələri qəbul etmək imkanına malik 3300m uzunluğunda uçuş-enmə zolağı, 2000 kv.m sahəsi olan yük terminalı və 3 mərtəbəli aerovağzal binası tikilmişdir.
Cahangir Əsgərov 40 milyon dollarliq bu layihə əsasında 200-dən cox yeni iş yerlərinin açıldığını bildirdi.
Prezident Ilham Əliyev təntənəli açılışda çıxış edərək hava limanının ən yüksək dünya standartlarına cavab verdiyini qeyd etdi. "Hava limanı bütövlükdə regionun inkişafı üçün bir impulsdur"- prezident bəyan etdi.
Düvlət başçısı ölkədə müasir infrastrukturun inkişaf etdirilməsinin vacib olduğunu qeyd etdi. O bildirdi ki, biz nəqliyyat ifrastrukturunun inkişafına böyük diqqət edirik. "Lənkəran və Zakatalada da beynəlxalq hava limanları tikiləcəkdir" deyə prezident bəyan etdi.
"Ground Handling Company" MMC hava limanında yerüstü xidmətlər üzrə operator təyin edilmişdir.
|
|
|
 |
 |
 |