|
|
 |

November, 2004
"AZAL" ilk A 320 laynerini aldı.
"Azərbaycan Hava Yolları" milli daşıyıcısı, lizinq şərtləri əsasında ilk A320 avialaynerini almışdır. Alınmış A 320 avialayneri, 150-dən 162-dək sərnişinlərə hesablanmış konvertə olunan rahat iki sinifli salonların komponovkasına malikdir. "Azərbaycan Hava Yolları" bu təyyarəni Avropa dövlətlərinin paytaxtlarına və MDB ölkələrinin şəhərlərinə olan marşrutlarda istifadə etməyi planlaşdırır.
Gələn il ərzində daha üç A 319 avialaynerinin və Airbus ACJ koperativ avialaynerin alınması planlaşdırılır. Milli aviaşirkət üçün yeni təyyarənin alınması haqqında saziş 2004-cü ilin avqust ayının axırında Prezident Ilham Əliyevin Almaniyaya səfəri zamanı imzalanmışdır. Kontrakt, Eyrbas konserninin daxil oldugu EADS Avropa aviaquraşdırma konsersiumu ilə bağlanmışdır.
|
|
|
 |
 |
 |