|
|
 |

|

March 23, 2005
Bakıda, MDB-də ən böyük yük terminalı açılmışdır.

| |
"Azərbaycan Hava Yolları" Dövlət Konserninin Baş Direktoru cənab Cahangir Əsgərovun qeyd etdiyi kimi, terminalın buraxma qabiliyyəti ildə 100 min ton yükün (indikindən beş dəfə çox) daşınmasına hesablanmışdır. Terminalın perronunun ümumi sahəsi 163 min kvadrat metr təşkil edir. Burada eyni vaxtda Boeing-747, An-124 "Ruslan" tipli 9 təyyarələrə və ya 15 Il-76 təyyarəsinə xidmət göstərmək olar.
Britaniyanın "International Handling Company" şirkəti tərəfindən maliyyələşdirilən layihənin ümumi dəyəri 19 milyon dollardır. Yuxarıda göstərilən şirkət 1999-cu ildən etibarən Azərbaycanda mülki aviasiyanın inkişafına 40 milyon ABŞ dolları sərf etmişdir. Yeni terminal üçün bütün texniki avadanlıq Böyük Britaniya, ABŞ və Kanadadan gətirilmişdir.
Terminalın açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti Ilham Əliyev demişdir ki, yeni nəqliyyat obyekti, şərq-Qərb və şimal-Cənub nəqliyyat dəhlizlərində əsas hissə olan "ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaqdır". ölkə başçısı həmçinin qeyd etmişdir ki, nəqliyyat sahəsi, əhəmiyyətinə görə neft sənayesindən sonra Azərbaycan üçün ikincidir.
|
|
|
 |
 |
 |